Qəbələ polisindən əməliyyat: saxlanılanlar var
sizinxeber.az xəbər saytı

Qəbələ polisindən əməliyyat: saxlanılanlar var


Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, mülki silahın daşınması və saxlanılması qaydalarının pozulması, eləcə də qanunsuz ov hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayon sakinləri – Feyruz Vəliyev, Rudik Qukasov və Tofiq Nəsrullayevdən müvafiq sənədləri olmayan ümumilikdə 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Keçirilən digər tədbirlər nəticəsində isə rayon ərazisində qanunsuz ov edən 1, mülki ov silahının daşınması qaydalarını pozan 11 nəfər müəyyən edilib.

Aşkar edilən faktlarla bağlı həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Oxşar xəbərlər

Cəlilabad sakinlərindən qanunsuz odlu silahlar təhvil götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda vəzifəli şəxslər cərimələndi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ələt-Astara yolunun kənarından avtomat tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oğuz rayon sakinləri odlu silahları polisə könüllü təhvil veriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Goranboyda pirotexniki vasitə satan şəxslər ƏLƏ KEÇİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər