Dövlət Xidməti: “Ermənistan işğal zamanı Gəncəsər monastrında qanunsuz təmir-bərpa işləri aparıb”
sizinxeber.az xəbər saytı

Dövlət Xidməti: “Ermənistan işğal zamanı Gəncəsər monastrında qanunsuz təmir-bərpa işləri aparıb”


Ermənistan işğal zamanı Gəncəsər monastrında qanunsuz təmir-bərpa işləri aparıb.

Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçın çayının sol sahilində, dağın üstündə ucaldılmış məşhur Gəncəsər monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir.

Monastırın divarındakı yazılardan məlum olur ki, bu abidə Alban şahzadəsi Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilib.

İşğal dövründə abidə erməni vandalizminə məruz qalıb. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq işğalçı ölkə memarlıq abidəsinin üzərində qanunsuz təmir-bərpa işləri aparıb.

Oxşar xəbərlər

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda bu yollardan biri beş gün bağlı olacaq - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: "Antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bərpa edilən körpünü sel apardı: “günah” yağışdadır? - Video [xfgiven_updateblue][/xfgiven_updateblue]
2003-cü ildən Azərbaycanda 20 min kilometrə yaxın avtomobil yolu tikilib və təmir edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər