Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
Mədəniyyət naziri Adil Kərimli avqustun 29-da Astara rayonunda vətəndaşları qəbul edib.
Bu barədə Sizinxeber.az-ya Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, qəbuldan öncə nazir Adil Kərimli və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayonun mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşlar, əsasən, işlə təmin olunma, mədəniyyət sahəsi ilə bağlı təkliflər, təşəbbüslər, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Mədəniyyət naziri vətəndaşları dinləyərək hər bir müraciət üzrə məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.
Qəbulda şəhid ailələrinin üzvləri və qazilər də iştirak ediblər.
Onların müraciətlərinə xüsusi diqqət göstərilib, qaldırdıqları məsələlərə vaxtında baxılması məqsədilə qeydiyyat aparılaraq nəzarətə götürülüb.
Xatırladaq ki, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda qəbullar keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən reallaşan qəbullarda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilir.
Oxşar xəbərlər
Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədəniyyət naziri Astarada vətəndaşları qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Adil Kərimli Gədəbəydə müəssisələrlə bağlı tapşırıq və tövsiyələr verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ədliyyə naziri Şamaxıda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Emin Əmrullayev Şamaxıda vətəndaşların müraciətlərini dinləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












