Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub - FOTO
- 20-06-2025, 14:50
- İqtisadiyyat / Sosial
- 0
- 872
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində 13 yaşlı Zeynəb Babayevanın müəllifi olduğu “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub.
APA xəbər verir ki, ekspozisiyada iştirak edənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da olub.
Sərgidə gənc rəssamın təbiətə, heyvanlara, flora və faunaya olan sevgisindən ilham alan əsərləri təqdim olunub. Zeynəb öz əsərlərində gil, kətan sapları, parça kimi təbii materiallardan istifadə edərək, onları zəngin daxili aləmi və parlaq təxəyyülünün yaratdığı obrazlara çevirib.
Tədbiri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhəb Məmmədov salamlayıcı nitqlə açıb. O, çıxışında gənc rəssamın işlərini yüksək qiymətləndirib və ona yaradıcılığında uğurlar arzulayıb. Qeyd edib ki, məhz belə uşaqlar gələcək milli incəsənətimizin əsasını təşkil edirlər.
O qeyd edib ki, Zeynəbin əsərlərində valehedici zövq və yaradıcılığa heyrətamiz səy hiss olunur.
Bundan başqa, Xalq rəssamı ekspozisiyanın müəllifinə xüsusi təkliflə müraciət edib. Onu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına, Heykəltaraşlıq fakültəsinə dəvət edib.
S.Məmmədov vurğulayıb: “Səni Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına – Heykəltaraşlıq fakültəsinə dəvət etmək istəyirəm. Gələrsən və orada peşəkar ustaların və fakültəmizin tələbələrinin iş prosesi ilə tanış olarsan, habelə ab-havanı hiss edərsən. Əminəm ki, bu, sənin üçün ilhamverici amil və mühüm təcrübə olacaq”.
İştirakçılara və qonaqlara səmimi sözlərlə müraciət edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud da təşkilatçılara təşəkkürünü bildirib və uşaq və yeniyetmələrin yaradıcılığına dəstəyin vacibliyini vurğulayıb.
Mərkəzin direktoru Anna İbrahimbəyova çıxışında müəssisənin missiyası haqqında danışaraq bildirib ki, müəssisənin əsas məqsədi gənc müəlliflərə özlərini ifadə etmək üçün şərait yaratmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək və yeni kəşflərə ruhlandırmaqdır.
Daha sonra tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva çıxış edərək Zeynəb Babayevanı ilk sərgisi münasibətilə təbrik edib və onun böyük yaradıcılığında parlaq gələcəyinə əminliyini ifadə edib. O qeyd edib ki, bu əsərlər mehribanlıq və istiliklə doludur. Onların əsas xüsusiyyəti sevgi ilə yaradılmasıdır.
Tədbir zamanı Zeynəbin ideyanın yaranmasından və heykəltaraşlığından tutmuş, hər bir heykəlin bəzədilməsi və canlandırılmasına qədər yaradıcılıq prosesini əks etdirən qısa videoçarx da nümayiş etdirilib. Tədbirin sonunda gənc rəssam qonaqların və uşaqların fəal iştirak etdiyi kiçik ustad dərsi keçirib.
AZƏRTAC-ın müxbiri ilə söhbətində Zeynəb Babayeva bildirib ki, o, kiçik yaşlarından heyvanlara xüsusi sevgi bəsləyir və məhz bu bağlılıq onu sərgidə təqdim olunan əsərləri yaratmağa ruhlandırıb. Zeynəbin sözlərinə görə, o, bəzi eksponatları xüsusi qayğıya ehtiyacı olan uşaqlara hədiyyə etməyi arzulayır ki, yaradıcılıq sevincini onlarla bölüşsün.
“Sərgimin əsas ideyası insanlara heyvanları sevmək və onları qorumaq lazım olduğunu xatırlatmaqdır. Onlar Yer üzündəki ən təmiz və məsum varlıqlardır”, – deyə gənc rəssam bildirib.
Xalq rəssamı Səlhəb Məmmədov söhbəti davam etdirərək sərgi ilə bağlı təəssüratlarını bölüşüb.
“Bu sərgi onun daxili dünyasıdır, işıqla, təbiətə qayğı ilə və hər əsərində hiss olunan xüsusi saflıqla doludur”, – deyə Xalq rəssamı vurğulayıb.
Rəssam qeyd edib ki, Zeynəbin əsərləri heç bir şübhə doğurmur: onlar səmimi hisslərdən, dərin müşahidə qabiliyyəti və zəngin təxəyyüldən yaranıb.
“Onun yaratdığı əsərlər onun ruhunu əks etdirir. Uşağın, xüsusən də 13 yaşında olan birinin ruhu isə təəccüblü dərəcədə təmizdir. Məhz bu təmizlik, toxunulmazlıq və mehribanlıq onun kompozisiyalarında yaşayır”, – deyə Səlhəb Məmmədov izah edib.
Sonda rəssam Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinə xüsusi təşəkkürünü bildirib:
“Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinə uşaqlara özlərini ifadə etmək imkanı yaratdığı üçün təşəkkür edirəm”.
Qeyd edək ki, sərgi Xalq yazıçısı Maqsud İbrahimbəyovun anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində keçirilib.


width="220" alt="Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib" />
width="220" alt="Leyla Əliyeva və Arzu Əliyeva Sumqayıtda ağacəkmə aksiyasında iştirak ediblər - FOTO" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />