Leyla Əliyeva Bakı Musiqi Akademiyasında tələbə və gənclərin konsertində iştirak edib
sizinxeber.az xəbər saytı

Leyla Əliyeva Bakı Musiqi Akademiyasında tələbə və gənclərin konsertində iştirak edib


Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və “Simurq” layihəsi gənc pianoçularının konserti keçirilib.

Sizinxeber.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva konsert proqramını izləyiblər.

Tədbiri “Baku Chamber Orchestra” Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri ilə açıb. Ardınca maraqlı və rəngarəng çıxışlar təqdim olunub. Proqramda tələbə və şagirdlər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.

Bakı Kamera Orkestrinin bədii rəhbəri, BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və kollektivin baş dirijoru Əməkdar artist Fuad İbrahimovun iştirakı ilə keçirilən konsert maraqla qarşılanıb.

Qeyd edək ki, “Simurq” layihəsinin əsas məqsədi istedadlı gəncləri üzə çıxarmaq və onları dəstəkləməkdir. Tədris ili boyunca layihəyə seçilmiş iştirakçılar Moskva Konservatoriyası nəzdindəki Mərkəzi Musiqi Məktəbi, Moskva Konservatoriyası, Qnesin adına Musiqi Kolleci, Xorvatiya Musiqi Akademiyası və digər nüfuzlu təhsil müəssisələrinin peşəkar müəllimləri ilə çalışırlar.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Bakı Musiqi Akademiyasında tələbə və gənclərin konsertini izləyib
Gəncə Dövlət Filarmoniyasinda "Musiqinin gücü" layihəsi Milli Musiqi Gününə həsr olunub - FOTO
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib
Üzeyir festivalının daha bir konserti Şəmkirdə keçirilib
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər