Milli Xalça Muzeyinin Şuşa filalında “Əyan məclisi” adlı sərgi açılacaq
Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında mayın 20-də “Əyan məclisi” adlı sərgi açılacaq.
Bu barədə "Sizinxeber.az"a muzeydən məlumat verilib.
Bildirilib ki, sərgidə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından XX əsrin əvvəllərinə aid “Əyan məclisi” və “Bağçada güllər” xalçaları nümayiş olunacaq.
Məlumat üçün qeyd edək ki, Qarabağ tipinin Şuşa qrupuna aid bu xalçalar hündür xovu, əlvan, şux koloriti, incə toxunuşu ilə seçilir.
XIX əsrin II yarısından etbarən Rusiyadan Azərbaycana müxtəlif çeşidli mallar gətirilirdi. Şuşa sənətkarlarlarının həmin məmulatların üzərindəki təsvirlərdən ilhamlanaraq toxuduqları məşhur xalça kompozisiyalarından biri “Bağçada güllər” idi.
Şuşada ornamental xalçalarla yanaşı, “Əyan məclisi” kimi süjetli xalçalar əsasən XX əsrin əvvəllərində toxunurdu. Bu sənət nümunələrində üzərinə Şuşa xalçası salınmış taxtda oturaraq qəlyan çəkən, söhbət edən üç kişi təsvir olunub. Onlar zəngin naxışlarla bəzədilən, bahalı parçadan tikilmiş geyimlərdə, dövrün məişəti üçün səciyyəvi olan mütəkkələrə söykənmiş formada təqdim edilib. Real həyat elementlərilə zəngin olan xalçaların ara sahəsi gül ornamentli haşiyə ilə əhatələnib. Onların maraqlı cəhətlərindən biri üzərlərində toxunduğu tarixin və klassik ədəbiyyat nümunələrindən beytlərin qeyd edilməsidir.
Oxşar xəbərlər
Bişkekdə ənənəvi Azərbaycan əl işlərinin sərgisi keçiriləcək
Gürcüstan Milli Muzeyinin rəsmisi: “Borçalı xalçaları dünya bazarında böyük maraqla qarşılanır”
Milli Xalça Muzeyinin Şuşa filialına iki sənətkarlıq nümunəsi hədiyyə edilib
"Azərxalça": Azərbaycanın müasir xalçaları ilk təqdimatdan satılır
Riqada Azərbaycan xalçalarının sərgisi açılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Qaradağda torpaq satışı qalmaqalı: Sabiq vəzifəli şəxslərinin məhkəmə istintaqı başladı
-
Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
-
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb - FOTO
-
Andoni İraola "Liverpul"a rəhbərlik etməyə başlayıb
