“Oskar”a namizəd filmin aktrisasının İrandan çıxışına qadağa qoyulub
“Oskar” mükafatına namizəd filmin iranlı aktrisasının ölkədən çıxışına qadağa qoyulub.
Sizinxeber.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.
Bildirilib ki, bu yaxınlarda “Oskar”a namizəd olan “Müqəddəs əncirin toxumu” filmində çəkilən iranlı aktrisaya ölkəni tərk etməsi qadağan edilib.
Qeyd edilib ki, Soheyla Golestani iranlı kinorejissor Məhəmməd Rəsulofun rejissoru olduğu “Müqəddəs əncirin toxumu” filmindəki roluna görə İran hökumətinə qarşı təbliğat və əxlaqsızlığı təbliğ etməkdə ittiham olunur.
“Oskar”da Almaniyanın ən yaxşı xarici film kimi namizəd olaraq irəli sürülən “Müqəddəs əncirin toxumu” İranda 2022-ci ildə məcburi hicab qaydalarını pozduğu üçün saxlanılan Məhsa Əmininin öldürülməsi ilə başlayan etirazlardan bəhs edir.
Filmin rejissoru Məhəmməd Rəsulof qeyri-qanuni yollarla İrandan qaçıb.
Oxşar xəbərlər
“Oskar” mükafatına namizədlər elan olunub
Bu il "Oskar" mükafatının təqdimatı təxirə salına bilər
Hollivud ulduzu 94 yaşında vəfat edib
Formula 1 Azərbaycan Qran-Prisi: 10 dövrədən sonra “Ferrari"nin pilotu liderdir
Böyük Britaniya akstrisası Coan Plouyt vəfat edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi












