Hollivud ulduzu 94 yaşında vəfat edib
Hollivud ulduzu Cina Roulends 94 yaşında vəfat edib.
Sizinxeber.az Deadline-ə istinadən xəbər verir ki, aktrisa daha çox oğlu Nik Kassavetisin filmlərində, xüsusilə “The Notebook” melodramındakı obrazı ilə tanınıb.
Aktrisa 1958-ci ildə "Məhəbbətin yüksək qiyməti" filmində baş rolda oynayaraq kinoda debüt etmişdi.
Roulends 4 "Emmi" mükafatının və 2 "Qızıl Qlobus" mükafatının qalibidir. O, əri Con Kassavetis ilə birlikdə rol aldığı "Təsir altında olan qadın" (1974) və "Qloriya" (1980) filmlərindəki rollarına görə iki dəfə "Ən yaxşı qadın rolu" nominasiyasında "Oskar" mükafatına namizəd olub.
Roulends 2015-ci ildə aktyorluqdan ayrılıb və elə həmin il ona fəxri "Oskar" mükafatı verilib.
Onun son illərdə Alzheimer xəstəliyindən əziyyət çəkdiyi açıqlanıb.
Oxşar xəbərlər
KİV: "Hizbullah" qərargahını Beyrutdan köçürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
