IV Azərbaycan Vokalçıları Festivalı çərçivəsində Gəncə Dövlət Filarmoniyasında konsert proqramı baş tutub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Bülbül Vokal Məktəbinin təşkilatçılığı ilə keçirilən IV Azərbaycan Vokalçıları Festivalı çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq artisti Sevinc İbrahimovanın konsert proqramı baş tutub.
Bu barədə Sizinxeber.az-ya Gəncə Dövlət Filarmoniyasından məlumat verilib.
Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiəti, Xalq artisti Rafael Bayramovun dirijorluğu ilə ifaçı Ü.Hacıbəylinin “Koroğlu” operasından Nigarın, “Arşın mal alan” operettasından Asyanın ariyalarını, Fikrət Əmirovun "Ulduz", "Azərbaycan elləri" romanslarını, K.Qlyukun “Paris və Yelena” operasından Parisin ariyasını, J.Bizenin “Karmen” operasından “Xabanera”nı, R.Şuman “Lotos”, Ç. A. Biskio “Mamma”, F.Obradors “El Vito” əsərlərini təqdim edib.
Xalq artistinin Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova ilə birgə F. Bədəlbəylinin “Ave Mariya” dueti, solistlər Rüstəm Cəfərov və Elmir Pişnamazovla ifaları böyük rəğbətlə qarşılanıb.
Oxşar xəbərlər
Gəncə Dövlət Filarmoniyasinda "Musiqinin gücü" layihəsi Milli Musiqi Gününə həsr olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
IV Azərbaycan Vokalçıları Festivalı davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncə Dövlət Filarmoniyasında "Bakıdan Gəncəyə" klassik musiqi gecəsi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
IV Azərbaycan Vokalçıları Festivalı keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Xalqın mədəni sərvəti" layihəsi Bülbülə həsr olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











