IV Azərbaycan Vokalçıları Festivalı davam edir
sizinxeber.az xəbər saytı

IV Azərbaycan Vokalçıları Festivalı davam edir


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Bülbül Vokal Məktəbinin təşkilatçılığı ilə keçirilən IV Azərbaycan Vokalçıları Festivalı davam edir.

Sizinxeber.az xəbər verir ki, festival çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti, Xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbərliyi və baş dirijorluğu ilə Kamera Musiqi Axşamı baş tutub.

Konsert proqramında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Nigar Cəfərova, Səma Həmzəyeva, Günel Hacıyeva, Aydan Quliyeva, gənc ifaçılar Elmira Qafarova, Nuray İsmayılova, Nigar Əsgərova, Səfurə Aslanova, Cəlal Kərimov, Vüqar Hacıyev dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

Oxşar xəbərlər

IV Azərbaycan Vokalçıları Festivalı keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
IV Azərbaycan Vokalçılar Festivalı başlayıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncə Dövlət Filarmoniyasında "Bakıdan Gəncəyə" klassik musiqi gecəsi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Xalqın Mədəni Sərvəti" layihəsi dahi Bülbülə həsr olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə "Bakıdan Gəncəyə" layihəsi çərçivəsində klassik musiqi gecəsi keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər