IV Azərbaycan Vokalçıları Festivalı keçiriləcək
sizinxeber.az xəbər saytı

IV Azərbaycan Vokalçıları Festivalı keçiriləcək


20-24 dekabr tarixlərində ölkəmizdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Bülbül Vokal Məktəbinin təşkilatçılığı ilə vokal sənətinin əsl bayramı – IV Azərbaycan Vokalçıları Festivalı keçiriləcək.

Mədəniyyət Nazirliyindən Sizinxeber.az-ya verilən məlumata görə, layihə çərçivəsində zəngin və çoxşaxəli tədbirlər planlaşdırılıb.

Bildirilib ki, Azərbaycan Milli Konservatoriyası müəllim və tələbələrinin iştirakı ilə konsert və elmi seminar; Xalq artisti Şahlar Quliyevin əziz xatirəsinə həsr olunmuş konsert; Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq artisti Sevinc İbrahimovanın solo konserti; Kamera musiqisi axşamı, Rus bəstəkarlarının ariya və romanslarından ibarət gecə təşkil olunacaq.

Festivalın təntənəli bağlanış mərasimi 24 dekabr tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Tədbir Azərbaycan vokal sənətinin parlaq simalarını bir araya gətirərək tamaşaçılara unudulmaz anlar bəxş edəcək.

Oxşar xəbərlər

"Xalqın Mədəni Sərvəti" layihəsi dahi Bülbülə həsr olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Xalqın Mədəni Sərvəti" layihəsində Bülbül vokal məktəbinin konserti baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncə Dövlət Filarmoniyasında "Bakıdan Gəncəyə" klassik musiqi gecəsi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazax Kamera Xoru Gəncə Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədəniyyət Nazirliyi Xalq artisti Şahlar Quliyevin vəfatı ilə bağlı nekroloq yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər