"Gəncədən Bakıya" layihəsi Emin Sabitoğluna həsr olunub
sizinxeber.az xəbər saytı

"Gəncədən Bakıya" layihəsi Emin Sabitoğluna həsr olunub


Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Gəncədən Bakıya" layihəsi çəçrivəsində Şəhriyar adına Mədəniyyət Mərkəzində bəstəkar, Xalq artisti Emin Sabitoğlunun mahnılarından ibarət "Payız gəldi" adlı konsert proqramı baş tutub.

Bu barədə APA-ya Gəncə Dövlət Filarmoniyasından məlumat verilib.

Bildirilib ki, gecədə Xalq artisti Heydər Anatollu, Gəncə Dövlət Filarmoniyasının solistləri Məhərrəm Qasımov, Zəminə Mustafayeva, Rüstəm Cəfərov, Xəyal Əliyev, Əli Məmmədov, Eminağa Sadıqov, Aynur İsgəndərli, Amil Həsənoğlu, Vasif Bayramov bəstəkarın “Gəncədən gəlirəm”, “Güllərim”, “Kəpənək”, “Sən olmuşam”, “Gözümdə Leylisən”, “Uzaq yaşıl ada”, “İl nə gözəldir”, “Payız gəldi”, “Çiçək yağışı”, “Şükriyyə”, “Təkcə ümid qalsın”, “Aman ayrılıq”, “Can Azərbaycan” mahnılarını ifa ediblər.
Konsert tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, konsertin quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, kollektiv rəhbəri Şəhriyar Tağıyevdir.

Oxşar xəbərlər

Gəncə Filarmoniyasında Arif Məlikova həsr olunmuş konsert keçiriləcək
Emin Sabitoğlunun mahnılarından ibarət konsert keçiriləcək
Gəncədə "Nizami klassik musiqidə" adlı gecə təşkil olunub
Qazax Kamera Xoru Gəncə Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edib
Gəncə Dövlət Filarmoniyasinda "Musiqinin gücü" layihəsi Milli Musiqi Gününə həsr olunub - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər