Qazax Kamera Xoru Gəncə Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edib
Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş "Füzuli günləri" adlı layihə çərçivəsində "ÇÖLÜN RUHU" xor musiqisi konserti keçirilib.
Gəncə Dövlət Filarmoniyasından APA-ya verilən məlumata görə, konsertdə Q.Jubanova adına Aktobe Vilayət Filarmoniyasının Qazax Kamera Xoru və M.Maqomayev adına Azərbaycan Dövlət Xorunun ifasında Axmet Jubanov “Karlıqaş” II nəşr, Corc Hendel "Hallelujah", Estai “Kusni Korlan”, Jayau Musa “Ak Sisa”, “Bayatı-Şiraz” xor muğamı, Cahangir Cahangirov “Füzuli” kantatası III hissə, qazax və Azərbaycan xalq mahnıları səsləndirilib.
Qeyd edək ki, Qazax Kamera Xorunun bədii rəhbəri, dirijor Merbol Kuspanov, xormeysterlər Leyla Kuschanova və Madi Abışev, müşayiətçi "Eren Enbegi Uşin" dövlət mükafatları laureatı Dina Niyazova, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Xorunun bədii rəhbəri Xalq artisti Gülbacı İmanova, müşayiətçilər Elxan Niftiyev, Nərmin Rzayevadır.
Oxşar xəbərlər
Gəncə Dövlət Filarmoniyasinda "Musiqinin gücü" layihəsi Milli Musiqi Gününə həsr olunub - FOTO
Gəncə Filarmoniyasında Arif Məlikova həsr olunmuş konsert keçiriləcək
Gəncə Filarmoniyasında Arif Məlikovun mahnılarından ibarət konsert olub
Gəncə Dövlət Filarmoniyasında "Ruhun qidası" adlı konsert proqramı baş tutub
Gəncə Dövlət Filarmoniyasında Ramiz Mirişlinin 90 illiyi qeyd olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













