Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin vaxtı açıqlanıb
sizinxeber.az xəbər saytı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin vaxtı açıqlanıb


Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir.

Bu barədə APA-ya Təhsil İnstitundan məlumat verilib.

Bildirilib ki, avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır. Ümumilikdə 5740 namizədin dəvət olunduğu müsahibələr avqust ayının 22-dək davam edəcək.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

Qeyd edilib ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Oxşar xəbərlər

MİQ üzrə vakansiya mərhələsinin nəticələri açıqlanıb
MİQ üzrə müsabiqənin müsahibə mərhələsi açıqlanıb
MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin başlayacağı tarix açıqlanıb
Sentyabrda müəllimlərin sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə start veriləcək
MİQ üzrə şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər