“Heydər Əliyev və Azərbaycan muzeyləri” adlı fotosərgi açılıb
- 16-12-2023, 13:19
- Mədəniyyət
- 0
- 1 357
Dekabrın 15-də Milli Azərbaycan Tarixi Muzeyində “Heydər Əliyev və Azərbaycan muzeyləri” adlı fotosərginin açılış mərasimi keçirildi. Sərgi “Heydər Əliyev İli” çərçivəsində təşkil olunub.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı, Mədəniyyət Nazirinin müavini Səadət Yusifova, ictimai-siyasi xadim, tarix elmləri doktoru Həsən Həsənov, paytaxtımızdakı ev-muzeylərin əməkdaşları iştirak edirdi.
Akademik Nailə Vəlixanlı çıxış edərək Ulu öndər Heydər Əliyevin muzey sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açdı. Bildirdi ki, böyük siyasətçi həmişə bu sahədə çalışanlara dayaq olur, muzey işçilərinin fəaliyyətini yüksək dəyərləndirirdi. Məhz onun rəhbərliyi dövründə respublikamızda muzey işində yeni mərhələnin əsası qoyuldu. Ulu öndərin muzey şəbəkəsinin inkişafı, fəaliyyətdə olan muzey fondlarının zənginləşməsi, yeni muzeylərin yaradılması sahəsində tarixi rolu danılmazdır. 1980-ci illərdə bölgələrin bir çoxunda onun qayğısı sayəsində tarix-diyarşünaslıq muzeyləri yaradıldı.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova dedi ki, Ulu öndər hər zaman mədəniyyətin inkişafına, tarixi yaddaşın qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsinə xüsusi diqqət yetirib və muzeylərin fəaliyyətini dəstəkləyib. Bu gün isə artıq Ulu öndərin özünün dövlətçilik irsi tarixi yaddaşa çevrilib və Milli Azərbaycan Tarixi Muzeyinin ən vacib zəngin bölmələrindən biridir. Bu sərgi Ulu öndərin ölkəmizə rəhbərliyinin hər iki dövrünü əks etdirən 22 fotodan ibarətdir. Bu şəkillərin hər biri böyük bir tarixi yaddaşın daşıyıcısıdır. Ulu öndərin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq və onun bünövrəsini möhkəmləndirdiyi müstəqil dövlətçiliyimiz hər zaman xalqımızın yolunu işıqlandıracaq.
İctimai-siyasi xadim, uzun müddət Ulu öndərlə işləmiş Həsən Həsənov Heydər Əliyevin dövlətçilik fəaliyyəti haqqında danışdı, böyük şəxsiyyətlə bağlı xatirələrini bölüşdü. Qeyd etdi ki, sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən 10 cilddə Azərbaycan tarixinin yazılması ilə bağlı vermişdi: “Ancaq bir sıra alimlərin mübahisəsi səbəbindən bu iş gerçəkləşmədi. Azərbaycanın fəlsəfə tarixi ilə bağlı nəşr layihəsi də eyni aqibəti yaşadı”.
Həsən Həsənov dahi siyasətçi ilə bağlı xatirələrini bölüşərək bildirdi ki, SSRİ müdafiə naziri Bakıya gələndə Heydər Əliyev azərbaycanlı əsgərlərin əsasən fəhlə kontingentində işlədilməsinə etiraz edərək əsgərlərin nizami orduda xidmətini tələb etdi. Ümumiyyətlə, Heydər Əliyevin təşəbbüsü ilə hələ 80-ci illərdə ölkəmizdə milli əsgər obrazı yaranmağa başladı. Emin Sabitoğlunun məşhur “Sıravi Əhməd” mahnısı da bu yanaşmanın, diqqətin nəticəsi idi. Cəmşid Naxçıvanski adına Hərbi liseyin yaradılması isə Ulu öndərin milli ordu quruculuğu sahəsində tarixi xidmətlərindəndir.
Diplomat qeyd etdi ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin separatçı hərəkətlərin 1960-cı illərdən başlanmışdı. Ulu öndər Heydər Əliyev bu məsələni xüsusi diqqətdə saxlayırdı. Şuşada Vaqifin məqbərəsinin ucaldılması, Vaqif Poeziya Günlərinin keçirilməsi və digər addımlar, əslində, erməni separatizminə cavab kimi düşünülmüşdü: “1982-ci ildə SSRİ-nin yaradılmasının 60 illiyində ermənilərin Qarabağla bağlı radikal çıxışlar edirdi. Həmin dövrdə Heydər Əliyev məni yubiley tədbirlərinə göndərir, ermənilərə tutarlı cavablar verməyinə şərait yaradırdı”.
Həsən Həsənovun çıxışı maraqla qarşılandı və o, tədbir iştirakçılarının suallarını cavablandırdı.
Bildirək ki, Qeyd edək ki, iki ay davam edəcək “Heydər Əliyev və Azərbaycan muzeyləri” fotosərgisinə giriş sərbəstdir.









width="220" alt="İqtisadiyyat Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin xatirəsini yad edib" />
width="220" alt="Ağdamda İşğal və Zəfər Muzey Komplekslərində tağvari hasar tikiləcək" />
width="220" alt="Ağdamda inşa ediləcək İşğal və Zəfər Muzey Komplekslərində xüsusi tağvari hasar tikiləcək" />
width="220" alt="Moskvada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş anım gecəsi" />
width="220" alt="Prezident İlham Əliyev: "Biz Heydər Əliyevin 100 illiyini onun siyasətinə, tarixi irsinə hörmət göstərərək qeyd edirik"" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />