İqtisadiyyat Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
sizinxeber.az xəbər saytı

İqtisadiyyat Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin xatirəsini yad edib


Bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatından 20 il keçir. Siyasi iradəsi və yorulmaz fəaliyyəti sayəsində dövlətçiliyimizin xilaskarına çevrilmiş ümummilli lider daim dərin rəğbətlə anılır. 

İqtisadiyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.

Ölkəmizdə siyasi və iqtisadi sabitliyin təmin edilməsi, iqtisadiyyatın yenidən qurulması və sürətli inkişafı ulu öndərin uzaqgörən siyasəti, mütərəqqi ideyaları və Vətənə olan sonsuz sevgisinin nəticəsidir. Azərbaycan dövlətinə və xalqına misilsiz xidməti ilə milli etalona çevrilmiş dahi şəxsiyyət Heydər Əliyev tarix boyu liderlik, müdriklik və vətənpərvərlik rəmzi olaraq xatırlanacaq.

Oxşar xəbərlər

SOCAR-ın kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Heydər Əliyevin ideyaları Azərbaycan xalqının amallarına xidmət etməkdədir - Bahar Muradova [xfgiven_updateblue][/xfgiven_updateblue]
XRİTDX rəisi və qurumun şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Heydər Əliyevin keçdiyi ömür yolu hamımız üçün möhtəşəm həyat məktəbidir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya səfirliyi ulu öndərin anım günü ilə bağlı paylaşım edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər