Almaniya XİN rəhbəri: Avropa iqlim gündəliyində uğur qazanmaq üçün COP29-da fəal işləyirik
sizinxeber.az xəbər saytı

Almaniya XİN rəhbəri: Avropa iqlim gündəliyində uğur qazanmaq üçün COP29-da fəal işləyirik


Almaniya və Avropa iqlim gündəliyində uğur qazanmaq üçün COP29-da fəal işləyir.

“Report” xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Bakıda keçirdiyi mətbuat konfransında deyib.

"Almaniya və Avropa iqlim konfransında fəal iştirak edir. Çünki iqlim böhranı bütün digər çağırışlar kontekstində həm bu gün, həm də qarşıdakı onilliklərdə təhlükəsizlik siyasətinə ən böyük təhdiddir. Biz artıq onun təsirini bütün dünyada kəskin şəkildə hiss edirik və bilirik ki, əgər 1,5 dərəcə həddinə yaxınlaşa bilməsək, o, daha da güclənəcək", - nazir bildirib.

A.Berbok vurğulayıb ki, iqlim böhranı müasir dünyada təhlükəsizliyə ən ciddi təhdiddir və onun nəticələri milli sərhədləri aşır.

O, Banqladeş və İspaniyanın Valensiya bölgəsində böyük dağıntılara səbəb olan son daşqınları nümunə gətirib.

Oxşar xəbərlər

Almaniya XİN-in dövlət katibi COP29-un inklüzivliyinə ümid edir
Almaniyanın XİN başçısı Berlində COP29-a həsr olunan tədbirdə iqlim böhranını təhlükəsizliyə təhdid adlandırıb
Cennifer Morqan: İqlim maliyyəsi Almaniya üçün prioritetdir
Almaniya XİN rəhbəri: COP29-da danışıqlar heç də asan keçməyib
BMT, üzv dövlətləri COP29-da reallaşan çoxtərəfli müzakirələrdə fəal iştirak etməyə səsləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle