Muxtar Babayev: İqlim dəyişikliyinin su sistemlərinə təsiri Azərbaycanda da ciddi hiss olunur
İqlim dəyişikliyinin su sistemlərinə təsirləri Azərbaycanda da ciddi şəkildə hiss olunur.
Sizinxeber.az xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən "İqlim, Təbiət və İnsanlar üçün Su Həyat Xəttinin Təbliği" yüksək səviyyəli açılış tədbirində çıxışı zamanı COP29 prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
O bildirib ki, su təkcə iqlim dəyişikliyinin qurbanı deyil, həm də mühüm bir həll yoludur.: "Su keyfiyyətin azalmasından və qida təhlükəsizliyindən tutmuş sağlamlıq, gender bərabərliyi və biomüxtəlifliyin qorunmasına qədər bir çox üstünlüklərin əldə olunmasının mərkəzindədir. Su olmadan, davamlı inkişaf mümkün deyil".
Muxtar Babayev əlavə edib ki, tarixən, su qlobal iqlim danışıqlarının diqqət mərkəzindən kənarda qalıb: “Son illərdə suyun vacibliyini vurğulamaq üçün səylər göstərilib, lakin suyun çox tərəfli proseslər daxilində tam inteqrasiyası üçün daha çox iş görülməlidir. Biz iqlim dəyişikliyi, bioterrorizm, biomüxtəlifliyin itirilməsi, çirklənmə və səhralaşma ilə əlaqəli planetar krizini həll etməyə davam etdikcə, su məsələsi kəsişən məsələ kimi qəbul olunmalıdır. İntegrasiya qlobal siyasətin bütün aspektlərində vacibdir. Bu səbəbdən, bu il iqlim üçün su fəaliyyətini prioritetləşdirilib”.
Oxşar xəbərlər
Muxtar Babayev: İqlim dəyişikliyinin təsirləri hər gün hiss olunur
Muxtar Babayev: Azərbaycan iqlim dəyişikliyi və quraqlığa qarşı mübarizə aparacaq
Muxtar Babayev: Metan emissiyalarının 20 %-i tullantı sektorunun payına düşür
Muxtar Babayev: COP 29-un əsas hədəfi Paris Razılaşmasının bütün müddəaları üzrə iqlim dəyişikliyi ilə effektiv mübarizənin yollarını müəyyənləşdirməkdir
Muxtar Babayev: Dəyişən iqlimə uyğunlaşmaq üçün davamlı qida və su sistemləri qurmalıyıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
