Muxtar Babayev: Dəyişən iqlimə uyğunlaşmaq üçün davamlı qida və su sistemləri qurmalıyıq
“Təkcə bu il iqlim dəyişikliyinin su və kənd təsərrüfatına dağıdıcı təsirləri və onun gətirdiyi fəlakətlərə dair çoxlu nümunələr var”.
Sizinxeber.az xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) ikinci gününün açılış sessiyasında COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev deyib.
O bildirib ki, bu ilin əvvəlində az yağan yağışlar Afrikanın cənubunda məhsulun sıradan çıxmasına səbəb olub və təxminən 20 milyon insan ac qalmaq riski ilə üzləşib:
“Eyni zamanda, su qıtlığı Zambiya, Zimbabve kimi ölkələrdə vəba xəstəliyinin yayılmasına səbəb olub. İqlim dəyişikliyinin kənd təsərrüfatı, qida və su sistemlərinə təsirlərini Azərbaycanda da görürük. Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının mühüm hissəsidir və işləyən əhalinin üçdə biri bu sahədə çalışır. Amma son illərdə yağıntılar orta hesabla 10 faizə yaxın azalıb. Bu, məhsuldarlığı azaldır. Əgər tədbir görməsək, bu dağıdıcı təsirlər bütün dünyada normaya çevriləcək. Qlobal temperaturun 2 dərəcə artmasının daha 200 milyon insanı aclıqla qarşı-qarşıya qoyacağı proqnozlaşdırılır. Dəyişən iqlimə uyğunlaşmaq üçün davamlı qida və su sistemləri qurmalıyıq. Bu, daha çox maliyyə, tədqiqat və yeni sistemlərin tətbiqi deməkdir. Ancaq həm su, həm də qida sistemləri iqlim dəyişikliyinə kömək edir, həm də ondan əziyyət çəkir. Biz onların təbii dünyaya təsirini azaltmalı və daha davamlı sistemlərə keçməliyik”.
Oxşar xəbərlər
Bakı İqlim Fəaliyyəti Həftəsi işinə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı İqlim Fəaliyyəti Həftəsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadari: Bakı İqlim Həftəsinin fəaliyyəti bir çağırışdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: COP 29-un əsas hədəfi Paris Razılaşmasının bütün müddəaları üzrə iqlim dəyişikliyi ilə effektiv mübarizənin yollarını müəyyənləşdirməkdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: COP 29-un əsas hədəfi Paris Razılaşmasının bütün müddəaları üzrə iqlim dəyişikliyi ilə effektiv mübarizə aparılması yollarını müəyyənləşdirməkdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












