Avstraliya COP29-da əhəmiyyətli iqlim investisiyalarını elan edir
sizinxeber.az xəbər saytı

Avstraliya COP29-da əhəmiyyətli iqlim investisiyalarını elan edir


Avstraliya təmiz enerjiyə 20 milyard dollardan çox investisiya qoyuluşu, İtki və Zərər Fonduna isə əlavə 50 milyon dollar məbləğində töhfə ilə iqlim öhdəliklərini gücləndirib.

“Report” xəbər verir ki, bunu Avstraliyanın iqlim dəyişikliyi və energetika naziri Kris Bouen COP29 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda bildirib.

O, Paris İqlim Sazişinin məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb və Avstraliyanın Sakit okean regionu ilə tərəfdaşlıqda COP31-ə ev sahibliyi etmək üçün müraciətini təsdiqləyib. Nazirin sözlərinə görə, bu müraciət iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin gücləndirilməsi üçün mühüm addım olacaq. "Biz bu mühüm forumun təşkilinə töhfə verməyə hazırıq", - o bildirib.

K.Bouen əlavə edib: "COP29-un prezidenti Muxtar Babayevə təşəkkürümü bildirmək istəyirəm. Biz nəticə əldə etmək üçün o və komandası ilə sıx əməkdaşlığı səbirsizliklə gözləyirik".

Oxşar xəbərlər

Yeni Zelandiya Sakit okean regionu ölkələri üçün maliyyələşdirməni artırır
Muxtar Babayev Avstraliyanın energetika naziri ilə COP29-da iqlim maliyyələşdirilməsini müzakirə edib
COP29 sədrliyi nazirliklər nümayəndələrinin təyin olunmasını elan edib
Aİ-nin Gürcüstandakı səfiri: Azərbaycanın COP29 Sədrliyi regionda iqlim məsələlərinə olan diqqəti artıracaq
Prezident İlham Əliyev: "Təmiz ətraf mühit və yaşıl inkişaf milli prioritetimizdir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər