Teymur Musayev: İqlim dəyişikliyinin nəticələri səhiyyə sisteminin dayanıqlılığını təhdid edir
İqlim dəyişikliyinin nəticələri artıq bütün dünyada hiss olunur. Bu nəticələr təkcə əhalinin rifahına deyil, həm də xüsusilə aşağı və orta gəlirli ölkələrdə səhiyyə sistemlərinin dayanıqlılığına təhlükə yaradır.
“Report” xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev Bakıda COP29 çərçivəsində səhiyyə məsələləri üzrə yüksək səviyyəli nazirlər görüşündə bildirib.
"Bu gün biz bu çağırışlara qarşı kollektiv səylərimizdə mühüm addım atırıq. Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə iqlim dəyişikliyi və sağlamlıq məsələlərinin qlobal gündəliyin mərkəzində qalmasına çalışırıq”, - o vurğulayıb.
T.Musayev qeyd edib ki, bunun üçün Azərbaycanın Böyük Britaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Braziliya ilə tərəfdaşlıqda əlaqələndirəcəyi “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası" yaradılacaq.
O bildirib ki, bu təşəbbüs əhəmiyyətli dəyişikliklərə nail olmaq üçün varisliyin zəruri olduğu inamına əsaslanır: "Bu gün burada təmsil olunan hər bir ölkə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin tibbi aspektlərinin tanınması üçün əhəmiyyətli səylər göstərib. Gələcəyə baxaraq, Koalisiya bu səylərin davam etməsini, inkişafını və real nəticələr verməsini təmin edəcək".
Oxşar xəbərlər
Teymur Musayev: ATU-da "İqlim dəyişikliyi və sağlamlıq" fənninin tədrisinə başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Teymur Musayev: Uşaqlar havanın çirklənməsinin mənfi təsirlərinə xüsusilə həssasdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yekdil qərarla Azərbaycan 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qebreyesus: Gələcəkdə Azərbaycanla birgə layihələr uğurla reallaşdırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda səhiyyənin təhlükəsizliyinin təmini üzrə Milli Fəaliyyət Planı hazırlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












