Azərbaycan və Rusiya baş prokurorları ətraf mühitin mühafizəsində qanunsuzluqlarla mübarizəni müzakirə edib
Azərbaycanın baş prokuroru Kamran Əliyev rusiyalı həmkarı İqor Krasnov ilə görüşüb.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, görüşdə Krasnov azərbaycanlı həmkarlarını ətraf mühitin mühafizəsi sahəsində nəzarət və hüquq-mühafizə orqanlarının səylərini birləşdirməyə çağırıb.
Onun sözlərinə görə, Rusiya Azərbaycan prokurorluğunun iqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının işini aktivləşdirmək təşəbbüsünü alqışlayır və bununla bağlı Bakıda keçirilən COP29 iqlim konfransının əhəmiyyətini qeyd edir.
“Şübhə etmirəm ki, prokurorluq orqanlarının potensialı bu məsələnin həlli üçün lazımlı olacaq”, - Rusiyanın baş prokuroru deyib.
O, nümunə kimi Xəzər regionu ölkələri arasında ekoloji təhlükəsizlik üzrə əməkdaşlığı göstərib.
Oxşar xəbərlər
İqor Krasnov: Rusiyada hər il ekoloji sahədə 300 minə yaxın qanun pozuntusu aşkar edilir
Muxtar Babayev: Hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin artırılması ekoloji cinayətlərə qarşı mübarizəni gücləndirəcək
Rusiya Federasiyasının Baş prokuroru Bakıya gəlib
Baş Prokurorluq və UNODC COP29 zamanı yüksək səviyyəli plenar iclas təşkil edəcək
BMT rəsmisi: Hüquq-mühafizə orqanları iqlim dəyişmələri ilə bağlı proseslərə daha çox cəlb edilməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













