Muxtar Babayev: Hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin artırılması ekoloji cinayətlərə qarşı mübarizəni gücləndirəcək
sizinxeber.az xəbər saytı

Muxtar Babayev: Hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin artırılması ekoloji cinayətlərə qarşı mübarizəni gücləndirəcək


İqlim dəyişikliyində hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin artırılması ekoloji cinayətlərə qarşı mübarizəni gücləndirəcək.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyada deyib.

Onun sözlərinə görə, COP28-də hüquq-mühafizə orqanlarının rolu yüksək qiymətləndirilib:

"Biz COP29-da da bunu davam etdirməyə çalışırıq. Missiyamız aydındır: ekoloji cinayətlər, heyvan və dəniz canlılarının iqlim dəyişikliyinin təsirinə məruz qalması, ekosistemlə bağlı tədbirlər görmək və s. Hüquq-mühafizə orqanları olmasa, təbii irsimizi qorumaq çətin olacaq".

Oxşar xəbərlər

BMT rəsmisi: Hüquq-mühafizə orqanları iqlim dəyişmələri ilə bağlı proseslərə daha çox cəlb edilməlidir
Baş prokuror: Planeti birgə əməkdaşlıq etməklə ekoloji cinayətlərdən qorumaq olar
Bakıda "Hüquq və iqlim" adlı beynəlxalq konfrans keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər