Baş prokuror:  Birgə əməkdaşlıq etməklə planeti ekoloji cinayətlərdən qorumaq olar
sizinxeber.az xəbər saytı

Baş prokuror: Birgə əməkdaşlıq etməklə planeti ekoloji cinayətlərdən qorumaq olar


"Birgə əməkdaşlıq etməklə planeti ekoloji cinayətlərdən qorumaq olar. Biz birlikdə planetimizi gələcək nəsillər üçün qorumaq üçün resurslarımızı səfərbər edə bilərik".

APA xəbər verir ki, bunu COP 29 çərçivəsində “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusuna həsr olunmuş yüksək səviyyəli sessiyada Baş prokuror Kamran Əliyev deyib.

Kamran Əliyev vurğulayıb ki, prokurorluq Azərbaycanın ərazilərinin bərpasından sonra işğaldan azad edilən ərazilərdə 30 ilə yaxın işğal zamanı törədilmiş ekoloji cinayətlərə baxır: “Ekoloji pozuntulara hüquqi qiymət verilməsi və meşəbərpa kampaniyalarının başlanması istiqamətində işlər davam etdirilir: "Bu ilin iyun ayında Prokurorluq tərəfindən qədim şəhərimiz Xankəndində “Ətraf mühitin möhkəmləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu” adlı konfrans keçirilmişdir. Konfrans ECOLEAD layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması ilə yekunlaşıb. Bu təşəbbüs universitetlərin bu birgə səydə iştirak etməsi ilə ekoloji cinayətləri araşdırmaq və ictimai məlumatlılığı artırmaq məqsədi daşıyır”.

Qeyd olunub ki, Azərbaycanın prokurorluq orqanları ətraf mühitin mühafizəsinə mühüm töhfə verib, ətraf mühitə milyonlarla dollar dəyərində ziyan vurmuş və meşələrin bərpasında fəal iştirak edib, 70 mindən çox ağac əkib: "Fürsətdən istifadə edərək, həmkarlarımıza bu səhər ekoloji pozuntularda günahkar olanlar üçün “Təbiətin qisası” parkı kimi fəaliyyət göstərən keçmiş poliqonda 200 ağac əkdiklərinə görə təşəkkür edirəm".

Oxşar xəbərlər

Baş prokuror: Planeti birgə əməkdaşlıq etməklə ekoloji cinayətlərdən qorumaq olar [xfgiven_updateblue][/xfgiven_updateblue]
BƏƏ rəsmisi: Ekoloji cinayətlər ilbəil artır, səmərəli mübarizə vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş Prokurorluq COP29-la bağlı Vyanada təşviqat tədbiri keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamran Əliyev İƏT baş katibi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror monqolustanlı həmkarıyla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər