Ceyhun Bayramov: Fransalı nazirin COP29-dan imtinası yanlış qərardır
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov: Fransalı nazirin COP29-dan imtinası yanlış qərardır


Fransanın ekologiya naziri Anyes Pannye Runaşenin Bakıa COP29-a gəlməyəcəyi ilə bağlı verdiyi qərar yanlışdır.

“Report”un məlumatına görə, bunu jurnalistlərlə söhbətində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun fikrincə fransalı nazirin COP29-da iştirakdan imtina etməsi qeyri-konstruktiv yanaşmadır.

“Özünü iqlim sahəsində lider dövlətlərdən biri hesab edən Avropa İttifaqının aparıcı ölkəsi olan Fransanın istənilən bəhanə ilə iqlim mövzusundan kənarda qalması yanlış addımdır”.

XİN rəhbəri deyib ki, Azərbaycan heç vaxt iqlim mövzusunu digər Azərbaycan-Fransa arasında olan münasibətlərə qarışdırmır.

“Bizim COP-dan öncə də tədbirlərimiz olub və onların hamısında fransalı danışıqçılar, Fransa nümayəndələri dəvət olunublar və bu tədbirlərdə iştirak ediblər. Bizim COP komandamız da onlarla çox konstruktiv işləyiblər. Bundan öncə də söylədiyim kimi Fransanın iştirak etməməsi bu artıq onların öz seçimidir”, - nazir deyib.

Oxşar xəbərlər

Ceyhun Bayramov: COP29-da iştirak etməmək Ermənistan üçün itirilmiş fürsətdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransanın xarici işlər naziri Ermənistana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov: İqlim maliyyələşməsi ilə bağlı dünya dövlətlərinin gözləntisinə uyğun qərar qəbul olunacağına ümid edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə COP29 məsələlərini müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov bəzi dünya liderlərinin COP29-da iştirak etməməsinə münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər