BMT-nin Ofis direktoru COP29-da transmilli cinayətkarlıqla mübarizə üçün çağırış edib
”Biz gün həm də Transmilli Cinayətkarlıqla Mübarizə günüdür, hamını mütəşəkkil cinayətkarlıqla mübarizəyə çağırırıq”.
Sizinxeber.az-nın xəbərinə görə, bunu bu gün Bakıda COP29 çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə keçirilən “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda konfransda BMT-nin Narkotik Vasitələrin Dövriyyəsi və Cinayətkarlıqla Mübarizə Ofisinin direktoru Ghuda Val deyib.
“Transmilli Cinayətkarlıqla Mübarizə günündə hamını mütəşəkkil cinayətkarlıqla mübarizəyə çağırırıq. Kriminal ədaləti gündəliyə gətirmişik. İlk dəfə COP28-də Əbu-Dabi Çağırış Təşəbbüsü irəli sürmüşdük. Transmilli cinayətkarlıqla mübarizədə dövlətlər tərəfindən ciddi tədbirlər görülüb. Biz hüquq-mühafizə orqanlarına lazımi alət və imkanlar yaratdıqda bu sahədə mübarizə effektiv olacaq. Biz 2000-dən çox hüquq-mühafizə orqanı əməkdaşına təlim keçmişik”, - deyə Ghuda Val vurğulayıb.
Oxşar xəbərlər
Britaniya Kral Prokurorluq Xidmətinin rəhbəri Azərbaycana gəlib
Kamran Əliyev: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə böyük hörmətin təzahürüdür
Baş prokuror monqolustanlı həmkarıyla görüşüb
Çin Baş prokurorunun birinci müavini Azərbaycana gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
