Vladimir İlyiçev: "Rusiya karbon kreditlərini öz iqtisadiyyatına planlı şəkildə inteqrasiya etməyi planlaşdırır"
Rusiya iqlim maliyyələşdirməsi məsələləri ilə bağlı danışıqları davam etdirir.
Bunu “Sizinxeber.az”a açıqlamasında Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Vladimir İlyiçev bildirib.
"Prinsip etibarilə biz görürük ki, tərəflər Paris Sazişinin 6-cı maddəsi üzrə müəyyən müsbət nəticələr əldə ediblər, buna görə də digər əsas göstəricilər üzrə də razılığa gələcəyimizə ümid edirik", - o qeyd edib.
Nazir müavini qeyd edib ki, Rusiya karbon kreditlərini öz iqtisadiyyatına planlı şəkildə inteqrasiya etməyi planlaşdırır: "Biz bu mövzuda dəfələrlə danışaraq, bu istiqamətdə tədricən irəlilədiyimizi və imkanlarımızdan çıxış etdiyimizi söyləmişik".
V.İlyiçev əlavə edib ki, ilk növbədə, Rusiyanın yaxşı elmi potensialının olduğunu da nəzərə alaraq, azərbaycanlı həmkarları ilə kifayət qədər intensiv qarşılıqlı əlaqələr var.
Oxşar xəbərlər
Mixail Mişustin: "Rusiya 2060-cı ilədək karbon neytrallığına nail olmağı planlaşdırır"
Mişustin: Rusiya 2060-cı ilə qədər karbon neytrallığına nail olmağı planlaşdırır
Rusiya və Türkiyə arasında Avrasiyadakı inteqrasiya prosesləri müzakirə edilib
Mikayıl Cabbarov: "Paris Sazişinin 6-cı Maddəsi ilə bağlı artıq müsbət nəticələrimiz var"
Departament direktoru: Çin COP29-da fəal şəkildə işləməyi planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













