Departament direktoru: Çin COP29-da fəal şəkildə işləməyi planlaşdırır
Çin iqlim dəyişikliyi ilə mübarizəyə böyük önəm verir və Azərbaycanın COP29-da sədrliyinə dəstək vermək niyyətindədir.
"Sizinxeber.az" "Sinxua"ya istinadən xəbər verir ki, bunu Çinin Ətraf Mühitin Mühafizəsi Nazirliyinin İqlim Dəyişikliyi Departamentinin direktoru Sya İnsyan deyib.
Onun sözlərinə görə, Çin ÜDM vahidinə düşən karbon qazı emissiyalarını mütəmadi olaraq azaldır və karbon bazarları mexanizmini gücləndirir.
"Çin milli karbon ticarəti bazarını mütləq şəkildə genişləndirəcək və onun sabit fəaliyyətini təmin etməyə çalışacaq", - departamentin direktoru bildirib.
O vurğulayıb ki, noyabrın 11-22-də Azərbaycanda keçiriləcək COP29-da Çin tərəflər arasında danışıqlarda konstruktiv və müsbət rol oynamağı planlaşdırır.
"Çin COP29-da müsbət nəticələr əldə etmək məqsədilə Azərbaycanın sədrliyini dəstəkləmək üçün bütün digər tərəflərlə işləyəcək", - S.İnsyan vurğulayıb.
Oxşar xəbərlər
Səfir: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq ictimaiyyəti birləşdirmək niyyətindədir
Azərbaycanda karbon bazarları sahəsində qanunvericilik bazası hazırlanıb
IOTA-nın icraçı katibi: "Karbon qiymətləndirilməsi mövzusu COP29-da diqqət mərkəzində olacaq"
Elnur Soltanov: “Azərbaycanda karbon emissiyasının 70 %-i enerji sektorunun payına düşür”
Tailand COP29-da ədalətli enerji keçidini, İtki və Zərər Fondunun fəaliyyətini dəstəkləyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













