Türkiyənin TDT ölkələri ilə illik ticarət həcmi 17 milyard dollara yaxınlaşıb
Türkiyənin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə illik ticarət həcmi 17 milyard dollara yaxınlaşıb.
"Sizinxeber.az" bu barədə "TRT Haber"ə istinadən xəbər verir.
Telekanalın məlumatına görə, Türkiyənin TDT ölkələrinə məhsul ixracının həcmi ötən il 9,6 milyard dollar təşkil edib. Buna qarşılıq olaraq 7,3 milyard dollarlıq məhsul sözügedən ölkələrdən idxal edilib. Beləliklə, TDT ölkələri ilə illik ticarət həcmi 17 milyard dollara yaxınlaşıb.
Türkiyənin məhsul ixrac etdiyi TDT-yə üzv ölkələr arasında Qazaxıstan illik 3,2 milyard dollarla birinci yerdə qərarlaşıb. Azərbaycan 3 milyard dollarla ikinci, Özbəkistan (1,3 milyard dollar) isə üçüncü sırada yer alıb.
Qeyd edək ki, mayın 15-də Qazaxıstanın Türküstan vilayətində TDT-nin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə 13-15 may tarixləri aralığında Qazaxıstana səfər edəcək.
Oxşar xəbərlər
Çin və ABŞ yanvar-martda əmtəə dövriyyəsini 154,58 milyard dollara qədər artırıb
Astana və Ankara ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq barədə razılığa gəlib
Azərbaycan Gürcüstanın üçüncü ən böyük ixrac tərəfdaşı olub
Azərbaycan Ukraynadan məhsul idxalını artırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
