Mixail Mişustin: "Rusiya 2060-cı ilədək karbon neytrallığına nail olmağı planlaşdırır"
Rusiya 2060-cı ilədək karbon neytrallığına nail olmağı planlaşdırır.
“Report” xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin Bakıda COP29 liderlər sammitindəki çıxışında bildirib.
"2060-cı ilədək karbon neytrallığına çıxmağı planlaşdırırıq. Enerji səmərəliliyinin artırılmasına, elektrik nəqliyyatının inkişafına, kənd və meşə təsərrüfatında müasir həllərin tətbiqinə diqqət yetiririk. Rusiyada artıq enerji balansının 85 %-i "təmiz", aşağı emissiyalı generasiyaya düşür. Bu, ilk növbədə qaz, atom enerjisi və bərpa olunan mənbələrdir", - o qeyd edib.
Baş nazirin sözlərinə görə, Rusiya 1990-cı il səviyyəsi ilə müqayisədə istixana qazı emissiyalarını iki dəfədən çox azaldıb.
M. Mişustin, iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb və əməkdaşlığın dörd prioritet istiqamətini qeyd edib. Bildirib ki, bunlara inkişaf etməkdə olan ölkələrin maraqları naminə iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv hədəfin razılaşdırılması, qlobal istiləşmə bəhanəsi ilə texnoloji ayrı-seçkiliyinin yolverilməzliyi, eləcə də iqlim layihələrinin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı vahid sisteminin yaradılması, həmçinin dekarbonizasiya və uyğunlaşma üzrə səmərəli qərarların qəbulu üçün elmi icmaların əməkdaşlığının gücləndirilməsi daxildir.
Oxşar xəbərlər
Küveyt Vəliəhdi: 2060-cı ilədək karbon neytrallığına nail olmağı hədəfləyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Qarabağda karbon neytrallığına nail olmaq öhdəliyini bir daha təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyanın Baş naziri COP29 çərçivəsində BMT-nin Baş katibi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Ukrayna üçün COP29 xüsusi əhəmiyyət kəsb edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












