Məşhur yoqa ustası Sadquru: COP28 və COP29 dünya torpaqlarına baxışı məntiqli şəkildə dəyişdi - VİDEO
COP28 və COP29 dünya torpaqlarına yönələn baxışı məntiqli şəkildə dəyişdi.
APA xəbər verir ki, bunu COP29-a qatılan dünyaca məşhur yoqa ustası Sadquru jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hidrokarbonat, silah dünya torpaqlarını gözardı etmək üzərinə qurulub: “Bu problemi həll etsək, yenilənən resurslara keçsək, indi baş verən iqlim böhranının 37-38 faizini həll etmiş olarıq. İqlim probleminin yumşaldılması rahatlıqla ələ alına biləcək məsələdir və bunun ən önəmli tərəfi dünya əhalisinin 54 faizinin hələ də o torpaqlarla işləməsidir. Bu da dünya əhalisinin 54 faizinin həyatının dəyişə bilməsi deməkdir. Fermerlərdən soruşsanız, münbit torpaqlarda işləmək istədiyini deyəcəklər. Münbit torpaqlar həyatla doludur”.
O, həmçinin əlavə edib ki, torpaq təkcə planetimizdə deyil, bütün kainatda ən canlı sistemdir: “Milyardlarla canlı növü torpaqda yaşayır və onlar təhlükədədir, çünki torpaqlarda yetəri qədər üzvi maddə tapılmır”.
Oxşar xəbərlər
COP28 Prezidenti: Gəlin COP29 zamanı da konsensus əldə edək
BMT nümayəndəsi: İqlim dəyişikliyi ilə bağlı problemlər şirkətləri cəlb etmədən həll edilməyəcək
Murat Kurum: COP29-u iqlim maliyyəsi məsələsində bir dönüş nöqtəsi olacağına inanırıq
Bolqarıstan Prezidenti: Yeni kollektiv kəmiyyət hədəfi COP29 iqlim konfransının əsas gözlənilən nəticəsidir
Saymon Stil: Hər kəsi iqlim dəyişikliyi probleminin həllinə cəlb etməliyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













