Bolqarıstan Prezidenti: Yeni kollektiv kəmiyyət hədəfi COP29 iqlim konfransının əsas gözlənilən nəticəsidir
Yeni kollektiv kəmiyyət hədəfi COP29 iqlim konfransının əsas gözlənilən nəticəsidir.
Sizinxeber.az xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, yeni hədəf özəl sektor da daxil olmaqla bütün mümkün mənbələrdən iqlim tədbirlərinin maliyyələşdirilməsini təmin etməkdir.
"Yalnız kifayət qədər maliyyə vəsaiti olduğu halda iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və yeni reallıqlara uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsini təmin etmək mümkün olacaq. Əsas diqqət iqlim dəyişikliklərinə daha çox həssas olan ölkələrin ehtiyaclarına yönəldilməlidir. Eyni zamanda, biz iqlim böhranının nəticələri ilə mübarizəni fəal şəkildə davam etdirməli, qlobal enerji sistemlərinin dekarbonizasiyası yoluna sadiq olmalıyıq", - R.Radev bildirib.
Müasir texnologiyaların tətbiqi, enerji səmərəliliyinin artırılması və enerji infrastrukturunun modernləşdirilməsinin vacibliyini vurğulayan Bolqarıstan Prezidenti qeyd edib ki, enerji təhlükəsizliyi başlıca prioritet olaraq qalmalıdır.
"Bolqarıstan təkcə enerji əməkdaşlığı üzrə regional təşəbbüslərdə iştirak etmək niyyətində deyil. Biz Aİ ilə iqlim neytrallığı, ədalətli enerji keçidi, enerji təhlükəsizliyi və s. sahələrdə prioritetlərimizi bölüşən digər ölkələr arasında əlaqələri gücləndirəcəyik", - deyə o əlavə edib.
R.Radev, həmçinin COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib və bu konfransı siyasi çağırışlar, təhlükəsizlik təhdidləri və iqlim böhranının kəskinləşməsi dövründə əlamətdar hadisə adlandırıb.
Oxşar xəbərlər
Bolqarıstan Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xüsusi səfir: İqlim maliyyəsi fondunun vəsait həcmi müzakirə ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-un baş danışıqçısı: Bütün ölkələr iqlim maliyyəsi məsələsində səylərini birləşdirməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNFCCC-nin icraçı katibi dünya dövlətlərini iki illik iqlim dəyişikliyi hesabatını təqdim etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yalçın Rəfiyev: Bu gün Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması fəaliyyətə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













