BMT nümayəndəsi: İqlim dəyişikliyi ilə bağlı problemlər şirkətləri cəlb etmədən həll edilməyəcək
sizinxeber.az xəbər saytı

BMT nümayəndəsi: İqlim dəyişikliyi ilə bağlı problemlər şirkətləri cəlb etmədən həll edilməyəcək


“Bakıda keçirilən COP29 maliyyə polisi də adlandırılır”.

Bunu APA-ya açıqlamasında Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinin kommunikasiya rəhbəri Vinne Boilt deyib.

O bildirib ki, məhz burada keçiriləcək çoxlu danışıqlar və müzakirələr uzun müddət ərzində iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün lazım olan bir çox hərəkətlərin və iş sahələrinin necə maliyyələşdirilməsi ətrafında olacaq:

“COP29-un ilk günlərində iqlim dəyişikliyi ilə bağlı fəaliyyət üçün daha çox pul və maliyyə təmin etməklə bağlı öhdəliklərin və planların olacağına ümid edirik. Beləliklə, mən dünyanın ən böyük korporativ davamlılıq təşəbbüsü olan Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişində işləyirəm və bütün problemləri həll etmək üçün özəl sektoru və biznesin COP29-da iştirakını təmin etmək və hökumətlərlə işləmək üçün bir araya gətirməkdən ibarətdir. İqlim dəyişikliyi ilə bağlı problemlər şirkətləri işə cəlb etmədən həll edilməyəcək. Biz buradayıq və COP29-da biznesin söz sahibi olmasını təmin etməyə çalışırıq”.

Oxşar xəbərlər

BMT-nin Rezident Əlaqələndiricisi: Azərbaycanda COP29-a hazırlıqlar çox yaxşı gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elmi məsləhətçi: İqlim dəyişikliyi üzrə qlobal mübarizənin həlli COP29-da razılığın əldə edilməsindən asılıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saymon Still: COP29 iqlim dəyişikliyi məsələsinin gündəmdə saxlanılmasında mühüm rol oynayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İtaliyanın İqlim dəyişikliyi üzrə xüsusi elçisi: COP29 faydalı bir platforma olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistan Prezidinti: Bakıda baş tutacaq COP29 İlham Əliyevin xarici siyasət sahəsində böyük tarixi zəfəridir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər