Baş nazir: Məqsədimiz gələcək nəsillərin COP29-a dönüş nöqtəsi kimi baxmasına nail olmaqdır
"Tayvanın da iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə cəlb olunmasını təklif edirik".
APA xəbər verir ki, bunu Esvatininin Baş naziri Rassel Miso Dvamini "COP29 çərçivəsində İqlim dəyişmələrinin su hövzələrinin azalmasına mənfi təsirləri" mövzusunda Dünya liderlərinin təqdimatı tədbirində səsləndirib.
Hökumət başçısı əsas COP29-da diqqətin maliyyə hədəflərinin reallaşmasından ibarət olduğunu söyləyib:
"BMT-nin Adaptasiya üzrə hesabatında bildirilir ki, növbəti illərdə bu tədbirlərin həyata keçirilməsi üçün 10 milyardlarla dollar vəsait tələb olunur. Bunun üçün bütün imkanlar səfərbər olunmalı, təbiətin məhvinə imkan verilməməlidir. Biz Tayvanın da iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə cəlb olunmasını təklif edirik. Görüləcək işlər çoxdur, lakin maliyyə çatışmazlığı buna mane olur. Əsas məqsədimiz gələcək nəsillərin bu sammitə iqlim dəyişikliyi sahəsində dönüş nöqtəsi kimi baxmasına nail olmaqdır".
Oxşar xəbərlər
İqlim maliyyəsi iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyəli nazir: COP29-da iqlim dəyişikliyi ilə bağlı maliyyə mexanizmlərini müzakirə edəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: Azərbaycan iqlim dəyişikliyi və quraqlığa qarşı mübarizə aparacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaşıl İqlim Fondu bu il iqlim maliyyəsinə 50 milyon dollar vəsait ayırmaq istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keniya rəsmisi: İqlim dəyişikliyi ilə mübarizə tərəflər arasında maliyyələşmə ilə bağlı razılıq əldə edildikdə mümkün olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












