Beynəlxalq ekspert: Kaloniyalarda hərbi güc tətbiqinin iqtisadi və ekoloji təsirləri davam edir
Kaloniyalarda hərbi güc tətbiqi ilə bağlı addımların iqtisadi və ekoloji təsirləri hələ də davam edir.
APA xəbər verir ki, bunu Bakıda COP29 konfransı çərçivəsində “Eko-müstəmləkəçilik: "Eko-Kolonializm: müstəmləkəçilik və neo-kolonial istismarin ekoloji miras" adlı tədbirdə kalonizasiya üzrə beynəlxalq ekspert Karlayl Korbin deyib.
O bildirib ki, bu təsirlərin aradan qaldırılması üçün COP29 çərçivəsində müzakirələrə ehtiyac var.
Tədbirin natiqləri müstəmləkəçi dövlətlərin uzun illərdir əsarət altında saxladığı ərazilərdə təbiətə verdiyi ziyanın miqyasının müəyyənləşdirilməsi istiqamətində aparılan işlər, xüsusilə də ekoloji baxımdan istismara məruz qalan bu ərazilərdə törədilən ekoloji cinayətlərə diqqəti cəlb ediblər.
Tədbirdə Fransa və Niderland müstəmləkəsi altında olan xalqların nümayəndələri ölkələrindəki vəziyətdən danışıblar. Həmçinin, müstəmləkə ərazilərində müstəmləkəçı güclərin dənizaşırı ərazilərdə resursların qeyri-qanuni istismarını, meşələrin qırılması, torpaqların çirklənməsi, o cümlədən Fransız Polineziyasında Fransa tərəfindən həyata keçirilən nüvə sınaqlarının ekoloji fəsadlarının hələ də qalması və təsirə məruz qalmış əhaliyə Fransa tərəfindən kompensasiyanın hələ də ödənilməməsi, Qvadelupda xlordekon maddəsindən istifadə nəticəsində təbiətin çirklənməsi və onun yerli əhalinin səhhətinə vurduğu ciddi ziyanlar, Yeni Kaledoniyada nikel yataqlarının istismarı, o cümlədən Mayotun istismarı nəticəsində müxtəlif xəstəliklərin yayılması müzakirə edilib.
Spikerlər dənizaşırı ərazilərdə iqlim dəyişikliklərinin daha fəsadlı olmasını kolonializm ilə əlaqələndirib, Fransa və Niderlanddan yerli xalqların tələblərinə əməl etməyi tələb ediblər.
Oxşar xəbərlər
COP29-da Azərbaycan, Türkiyə və BMT-nin birgə pavilyonunun açılışı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Türkiyə arasında ekoloji sahədə əməkdaşlıq müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-da dünyanın diqqətini Yeni Kaledoniyaya çəkmək üçün dinc aksiya keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-da dünyanın diqqətini Yeni Kaledoniyaya çəkmək üçün dinc aksiya keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” adlı konfrans keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












