Norveçdə balina ovuna etiraz: COP29-da aksiya keçirildi
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) aksiya keçirmək üçün yaradılan şəraitdən məmnunuq,
Bunu "Report"a açıqlamasında aksiya təmsilçisi Elisa Filips deyib.
Onun sözlərinə görə, "yaşıl zona"da Norveç hökumətinə qarşı balina ovunun dayandırılması üçün aksiya təşkil edilib.
“Biz Norveç hökumətini ölkəni əhatə edən dənizlərdə karbohidrogen hasilatının başlanmasına qarşı petisiyanı imzalayan 800-dən çox beynəlxalq alimi dinləməyə və planlarını yenidən nəzərdən keçirməyə çağırırıq. Həmçinin, Norveçi qanuniləşdirilməmiş və dövlət tərəfindən subsidiyalaşdırılan balina ovunu dayandırmağa səsləyirik. Balina ovuna ayrılan kvotalar artırılmaqdadır; bu il 2023-cü illə müqayisədə kvotalar 15 %-dən çox artırılıb, ovlanan balina ətinin əksəriyyəti isə ev heyvanları üçün yem istehsalına gedir”, - E. Filips bildirib.
O, həmçinin beynəlxalq ictimaiyyəti Norveç hökumətinə ünvanlanan müraciəti dəstəkləməyə çağırıb və Norveç xalqının unikal dəniz ekosistemlərini qorumaq, balina ovunu dayandırmaq üçün liderlərinə təzyiq göstərəcəyinə ümid etdiklərini vurğulayıb.
Oxşar xəbərlər
Ekofəal: "Balina ovu ilə bağlı kvotalar artırılıb"
Ekofəal: Son bir neçə ildə Norveç 2 mindən çox balinanı öldürüb
İngiltərə Premyer Liqası tarixinin ən pis hücumçuları açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
