İqlim dəyişikliyinin təsirinə məruz qalan xalqlar üçün təzminat mexanizminin yaradılması təklif olunub
COP29 çərçivəsində keçirilən paneldə iqlim dəyişikliyinin təsirinə məruz qalan xalqlar üçün beynəlxalq səviyyədə məlumatlandırma və təzminat mexanizminin yaradılması təklif olunub.
Sizinxeber.az-nın xəbərinə görə, bu təşəbbüslə "AFRIQUE – ENERGIE – ENVIRONNEMENT (AEE)" şirkətinin baş direktoru El Hadji Mbaye Diagne "UNFCCC: Towards Full Implementation: Advancing the Paris Agreement Crediting Mechanism" adlı tədbirdə çıxış edib.
O bildirib ki, iqlim dəyişikliyi ilə daha tutarlı mübarizə üçün effektiv mexanizmlərin hazırlanması məsələsi hər zaman ön plana çıxıb.
El Hadji Mbaye Diagnenin qənaətinə görə, dayanıqlı inkişaf məqsədləri üzrə irəli sürülən mexanizmlər nəticəsində həm ekologiyanın, həm də ətraf mühitin qorunmasına ekoloji cəhətdən əlverişli təminat verilməlidir.
O bunu da əlavə edib ki, bu amil öz növbəsində yalnız iqlim dəyişikliyinin ətraf mühitə müsbət və mənfi cəhətləri dəyərləndirildikdən sonra mümkündür:
"Eyni zamanda, təklif edirik ki, iqlim dəyişikliyinin təsirinə məruz qalan xalqlar üçün beynəlxalq səviyyədə məlumatlandırma və təzminat mexanizminin yaradılması məsələsi müzakirəyə çıxarılsın. Bu sahədə qərarlardan şikayətlərin verilməsinə imkan yaradılması həssas təbəqədən olan əhalinin hüquqlarını genişləndirə və onlara əlavə imkanlar yarada bilər".
Oxşar xəbərlər
Muxtar Babayev: COP 29-un əsas hədəfi Paris Razılaşmasının bütün müddəaları üzrə iqlim dəyişikliyi ilə effektiv mübarizənin yollarını müəyyənləşdirməkdir
Muxtar Babayev: COP 29-un əsas hədəfi Paris Razılaşmasının bütün müddəaları üzrə iqlim dəyişikliyi ilə effektiv mübarizə aparılması yollarını müəyyənləşdirməkdir
İqlim maliyyəsi iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır
Elmi məsləhətçi: İqlim dəyişikliyi üzrə qlobal mübarizənin həlli COP29-da razılığın əldə edilməsindən asılıdır
Dünya Bankının nümayəndəsi: Bakıda keçiriləcək COP29 əlverişli beynəlxalq platforma ola biləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













