“Metex Mimarlık” Azərbaycanda fəaliyyətini daha da genişləndirməyi planlaşdırır
Azərbaycan memarlıqda yeniliklərə açıq ölkədir.
Bunu “Invision Design Talks 2” forumunda “APA-Economics”ə açıqlamasında “Metex Mimarlık” şirkətinin təsisçisi Sinan Kafadar deyib.
O bildirib ki, Azərbaycanda memarlıq və interyer dizaynı sahəsində müxtəlif layihələrdə iştirak edir və yaxın illərdə bu ölkədə fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.
Sinan Kafadarın sözlərinə görə, Azərbaycanda keyfiyyətli dizayna və müasir memarlıq yanaşmalarına böyük önəm verilir: “Ölkənin müasir və çağdaş həyat tərzini əks etdirən layihələrə açıq olması memarlar üçün geniş imkanlar yaradır”.
Memar vurğulayıb ki, hazırda Bakının Səbail rayonunda “Canopy by Hilton Baku” hotel layihəsi üzərində çalışırlar. Layihə üzrə bütün layihələndirmə işləri tamamlanıb və müvafiq dövlət qurumlarından təsdiqlər alınıb.
Sinan Kafadar hesab edir ki, layihənin tikintisi və interyer işlərinin yekunlaşdırılması təxminən iki-iki il yarım vaxt aparacaq.
O deyib ki, eyni zamanda Bilgəh qəsəbəsində yerləşən mövcud hotel binasının interyerinin tam yenilənməsi layihəsini həyata keçirir. Layihə çərçivəsində binanın fasadı qorunur, daxili məkan isə yenidən dizayn edilir.
Memarın fikrincə ki, Bakıda son illərdə inşa edilən Bakı Konqres Mərkəzi və kimi simvolik tikililər gənc memarlar üçün ilham mənbəyidir.
O əlavə edib ki, gələcəkdə Azərbaycan memarlığının inkişafında əsas rolu yerli memarlar oynamalı, beynəlxalq təcrübədən faydalanaraq bu sahədə liderliyi öz üzərlərinə götürməlidirlər.
Qeyd edək ki, “Invision Design Talks 2” forumu Seranit Azərbaycan və “Sinerji Pro”nun əməkdaşlığı ilə təşkil olunub. Forum APA İnformasiya Agentliyinin media dəstəyi ilə keçirilir.
Oxşar xəbərlər
Türkiyəli memar: Bakıda tarixi irsi özündə birləşdirən hotel layihəsi üzərində çalışırıq
Şirkət rəhbəri: "Bakıdakı memarlıq və hotel layihələrində tarixi irsin qorunmasına üstünlük verilir"
Ufuk Polat: “Invision Design Talks” Azərbaycanla Türkiyə arasında dizayn platformasına çevrilib
Türkiyə şirkəti Azərbaycanda iki tikinti layihəsində süni intellektdən istifadə edib
NOKİA:Azərbaycanda 5G şəbəkəsini qurmağa hazırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
