Dünya Bankının nümayəndəsi: Bakıda keçiriləcək COP29 əlverişli beynəlxalq platforma ola biləcək
sizinxeber.az xəbər saytı

Dünya Bankının nümayəndəsi: Bakıda keçiriləcək COP29 əlverişli beynəlxalq platforma ola biləcək


"İqlim dəyişikliyinin yaratdığı riskləri yetərincə qiymətləndirmədən bu problemlə səmərəli mübarizə apara bilməyəcəyik".

Sizinxeber.az xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnsan İnkişafı Proqramının rəhbəri Ahmet Levent Yener deyib.

O ümidvar olduğunu bildirib ki, COP29 atmosferin çirkləndirilməsi üzrə risklərə qarşı mübarizə üçün effektiv müzakirə meydanı rolunu üzərinə götürəcək.

"BMT-nin üzvü olan dövlətlər iqlim dəyişikliyi risklərinin qiymətləndirilməsi üzrə mexanizmlərin hazırlanmasını mümkün qədər tez bir zamanda təmin etməlidir. Çünki biz riskləri yetərincə qiymətləndirmədən iqlim dəyişikliyi ilə səmərəli mübarizə apara bilməyəcəyik. Hesab edirəm ki, Bakıda keçiriləcək COP29 nüfuzlu iqlim konfransı iqlim dəyişikliyi və ümumiyyətlə atmosferin çirkləndirilməsi üzrə risklərə qarşı mübarizə yollarının tapılması üçün əlverişli beynəlxalq platforma ola biləcək. Burada əlbəttə ki, insan inkişafının rolunu da qeyd etmək lazımdır".

Oxşar xəbərlər

Elmi məsləhətçi: İqlim dəyişikliyi üzrə qlobal mübarizənin həlli COP29-da razılığın əldə edilməsindən asılıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İtaliyanın İqlim dəyişikliyi üzrə xüsusi elçisi: COP29 faydalı bir platforma olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saymon Still: COP29 iqlim dəyişikliyi məsələsinin gündəmdə saxlanılmasında mühüm rol oynayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: COP 29-un əsas hədəfi Paris Razılaşmasının bütün müddəaları üzrə iqlim dəyişikliyi ilə effektiv mübarizənin yollarını müəyyənləşdirməkdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İtaliyalı xüsusi elçi: Ölkəmizi COP29-da Baş nazir Meloni təmsil edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər