Pakistan naziri: Əsas məqsədimiz COP-da verilən vədləri yerinə yetirmək olacaq
"Biz görürük ki, inkişaf etmiş ölkələr COP tədbirləri çərçivəsində çoxsaylı vədlər versə də, bunu həyata keçirmirlər. Bizim əsas məqsədimiz bu vədlərin yerinə yetirilməsi olacaq".
Bunu Sizinxeber.az-ya açıqlamasında Pakistanın iqlim naziri Romina Xurşid Aləm deyib.
Nazir bildirib ki, Pakistanın COP-29 çərçivəsində bir deyil, bir neçə missiyası var: "Bunlardan biri də maliyyəyə çıxışın əldə edilməsidir. Həmçinin yeni enerji növləri ilə bağlı danışıqlar olmasını da gözləyirik. Təbii ki, biz pavilyonlarımızda və pavilyonda keçirilən sərgimizdə yüksək səviyyəli dialoqlar təşkil edəcəyik. Bu dialoqlarda iqlim dəyişikliyindən əziyyət çəkən digər ölkələrlə də danışıqlar aparmağı düşünürük. Biz burada həm beynəlxalq, həm ikitərəfli, həm də çoxtərəfli görüşlər aparacağıq. Bu görüşlərin əsas məqsədi iqlim dəyişikliyinin yaratdığı problemləri aradan qaldırmaq olacaq. Biz ümid edirik ki, COP çərçivəsində biz buna nail olacağıq. Maliyyə baxımından bizim əsas məqsədimiz odur ki, danışıqlar zamanı deyilən sözlərin həyata keçirilməsinə nail olaq. Vədlərin həyata keçirilməsi bu COP-un əsas uğurlu tərəfi ola bilər. Biz görürük ki, inkişaf etmiş dövlətlər COP çərçivəsində çoxsaylı vədlər verir, lakin bu vədləri həyata keçirmirlər”.
Oxşar xəbərlər
Britaniyalı nazir: Kiçik ada dövlətləri iqlim dəyişikliyindən ən çox təsirlənənlər arasındadır
BƏƏ rəsmisi: COP Sədrlikləri Üçlüyü çalışır ki, COP28-də əldə olunan konsensus icra edilsin
COP29-un baş danışıqçısı: Bütün ölkələr iqlim maliyyəsi məsələsində səylərini birləşdirməlidir
Pakistan baş nazirinin müşaviri ölkəsinin COP29-da təqdim edəcəyi əsas yeniliyi açıqlayıb
Pakistanın baş nazirinin müşaviri ölkəsinin COP29-da təqdim edəcəyi əsas yeniliyi açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













