Pakistan baş nazirinin müşaviri ölkəsinin COP29-da təqdim edəcəyi əsas yeniliyi açıqlayıb
“Bu gün açılışını etdiyimiz Yaşıl Texnologiyalar Mərkəzi Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransında (СOP29) təqdim edəcəyimiz əsas yeniliklərdən biri olacaq”.
APA-nın xəbərinə görə, bunu Pakistanın baş nazirinin iqlim dəyişikliyi məsələləri üzrə müşaviri Romina Xurşid Alam İslamabadda keçirilən “Wildlife Art” sərgisinin açılışında bildirib.
O deyib ki, daha bir hədəf maraqlı tərəfləri Pakistanın yaşıl enerji infrastrukturuna sərmayə yatırılmasına istiqamətləndirməklə bağlıdır.
“İqlim dəyişikliyinin fəsadları mütəmadi və son dərəcə intensiv hal alıb. Bu problemə daha çox diqqət çəkmək üçün təsviri incəsənət və rəssamlığın imkanlarından istifadə etmək olar. Sözügedən üsullar siyasi liderlərin və ictimaiyyətin məlumatlandırılmasında mühüm rol oynayır. Biz Pakistanı məhz “yaşıl enerji” infrastrukturu baxımından investisiyalar üçün cəlbedici hesab edirik. Ölkəmizdə yaradılan Yaşıl Texnologiyalar Mərkəzinin əsas rollarından biri xarici ölkələrdən iş adamlarını bu sahəyə cəlb etməkdən ibarətdir”.
O, həmçinin ölkənin biznes strukturlarının nümayəndələri də daxil olmaqla, siyasətçiləri və tərəfdaşları hökumətin yaşıl enerji texnologiyalarına sərmayə qoyuluşunu stimullaşdırmaqla bağlı təşəbbüsünə qoşulmağa çağırıb. “Yaşıl enerji” texnologiyasına malik olmaq bizim üstünlüyümüzdür. Əsas öhdəliyimiz ölkəmizi bu sahədə liderə çevirməkdən ibarətdir. Biz gələcək nəsillər qarşısında innovasiya və dayanıqlığın birlikdə təşviqi üçün məsuliyyət daşıyırıq”.
Oxşar xəbərlər
Pakistanın baş nazirinin müşaviri ölkəsinin COP29-da təqdim edəcəyi əsas yeniliyi açıqlayıb
UNFCCC-nin icraçı katibi dünya dövlətlərini iki illik iqlim dəyişikliyi hesabatını təqdim etməyə çağırıb
Elşad İskəndərov: Əsas hədəflərimizdən biri COP və qeyri-COP təşəbbüsləri arasında sinerjinin qurulmasıdır
Saymon Stil: Hər kəsi iqlim dəyişikliyi probleminin həllinə cəlb etməliyik
Elmi məsləhətçi: İqlim dəyişikliyi üzrə qlobal mübarizənin həlli COP29-da razılığın əldə edilməsindən asılıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













