Bakıda COP29 iqlim konfransı çərçivəsində ən böyük yaşıl enerji forumu keçiriləcək
sizinxeber.az xəbər saytı

Bakıda COP29 iqlim konfransı çərçivəsində ən böyük yaşıl enerji forumu keçiriləcək


Bakıda Mərkəzi və Şərqi Avropada yaşıl enerji məsələləri üzrə ən böyük forum keçiriləcək.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Diplomat qeyd edib ki, bu tədbir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutacaq.

“Bolqarıstanın Dir.bg internet portalının dəstəyi ilə təşkil edilən Mərkəzi və Şərqi Avropada yaşıl enerji məsələləri üzrə ən böyük forum olan “Green Transition” forumu COP29 iqlim konfransı çərçivəsində ilk dəfə Bakıda keçiriləcək”, – o bildirib.

Oxşar xəbərlər

COP29 çərçivəsində “Yaşıl ictimai nəqliyyat” mövzusunda nazirlərin görüşü keçiriləcək
Peter Mixalko: "COP29 planetimizin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir"
Energetika Nazirliyi COP29 gündəliyinə daxil edilən enerji təşəbbüslərini açıqlayıb
Aİ: Azərbaycanın enerji səmərəliliyi ilə bağlı səylərini gələcəkdə də dəstəkləyəcəyik
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər