Aİ: Azərbaycanın enerji səmərəliliyi ilə bağlı səylərini gələcəkdə də dəstəkləyəcəyik
Avropa İttifaqı (Aİ) Azərbaycanın enerji səmərəliliyi, "yaşıl siyasət"in hazırlanması ilə bağlı səylərini gələcəkdə də dəstəkləməyi planlaşdırır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Bakıda keçirilən "Yaşıl texnologiya və dayanıqlı inkişaf" mövzusunda "B2B Forum"da bildirib.
"Bir sıra müxtəlif ikitərəfli layihələr vasitəsilə Aİ Azərbaycan hökumətinin enerji səmərəliliyi ilə bağlı çərçivə proqramlarını, "yaşıl siyasət"in hazırlanması, davamlı su idarəçiliyi və davamlı gələcək üçün vacib olan digər sahələr üzrə səylərini dəstəkləyib və gələcəkdə də dəstəkləməyi planlaşdırır" - o qeyd edib.
Diplomatın sözlərinə görə, Bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) ərəfəsində Aİ Azərbaycanla yeni tərəfdaşlığa başlayıb: "Bu yaxınlarda biz COP29-a qədər təbii ehtiyatların qorunmasına dair məlumatlılığı artırmaq üçün ictimai kampaniyaya başladıq. Kampaniyanın adı “Planetimiz üçün – təhlükəsiz su, təmiz hava, təmiz torpaq və yaşıl enerji”dir. Bu kampaniya çərçivəsində seminarlar və təqdimatlar, sosial media tədbirləri, müxtəlif tədbirlər və foto müsabiqələr kimi bir çox müxtəlif fəaliyyətlər həyata keçirəcəyik".
Oxşar xəbərlər
Peter Mixalko: "COP29 planetimizin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir"
Peter Mixalko: "Aİ Azərbaycanın sudan səmərəli istifadə səylərini dəstəkləməyə davam edəcək"
Pakistanlı nazir: "COP29 “yaşıl enerji” sahəsində Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar açacaq"
Peter Mixalko COP29 Nümayəndəliyinin ofisindən paylaşım edib
Prezident İlham Əliyev: "Təmiz ətraf mühit və yaşıl inkişaf milli prioritetimizdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













