ABŞ Dövlət Departamenti Belçikaya 236 milyon dollar dəyərində raket satışını təsdiqləyib
sizinxeber.az xəbər saytı

ABŞ Dövlət Departamenti Belçikaya 236 milyon dollar dəyərində raket satışını təsdiqləyib


ABŞ Belçikaya 236 milyon dollar dəyərində "AGM-184 Joint Strike Missiles" aviasiya raketlərinin və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti öz saytında bildirib.

"ABŞ Dövlət Departamenti Belçika hökumətinə "AGM-184 Joint Strike Missiles" raketlərinin və aidiyyəti avadanlıqların mümkün xarici hərbi satışını təsdiqləmək qərarına gəlib", - məlumatda bildirilib.

Dəqiqləşdirilib ki, bu satış ABŞ və Belçikanın xarici siyasət və milli təhlükəsizlik vəzifələrini dəstəkləyəcək, həmçinin Amerikanın "F-35" qırıcılarının imkanlarını genişləndirmək hesabına sonuncuya cari və gələcək təhdidlərə qarşı durmağa imkan verəcək.

Məlumatda qeyd olunub ki, Belçika hökuməti, həmçinin məxfi proqram təminatı, ABŞ hökumətinin və podratçıların mühəndis, texniki və logistik dəstək xidmətlərini və bir sıra digər mühüm komponentləri də sorğu edib.

Oxşar xəbərlər

ABŞ Rumıniyaya F-35 qırıcılarının satışını təsdiqləyib
Dövlət Departamenti Niderlanda 908 milyon dollarlıq raketin satışını təsdiqləyib
ABŞ Xorvatiyaya HIMARS raketdən müdafiə sistemlərinin satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti Ər-Riyada 1 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ Polşaya 1,33 milyard dollarlıq “hava-hava” raketlərinin satışını təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər