BƏƏ İrana gizli hücumlar təşkil edib - ABŞ mətbuatı
sizinxeber.az xəbər saytı

BƏƏ İrana gizli hücumlar təşkil edib - ABŞ mətbuatı


ABŞ-nin "The Wall Street Journal" nəşri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İrana qarşı gizli hərbi əməliyyatlar həyata keçirdiyini iddia edib.

BAKU.WS xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibə fonunda BƏƏ də Tehrana birbaşa gizli zərbələr endirib. Nəşr iddiaları adları açıqlanmayan mənbələrə istinadən yayıb.

Bildirilir ki, BƏƏ apreldə elan olunan atəşkəs dövründə İranın Fars körfəzində yerləşən Lavan adasındakı neft emalı zavodunu hədəfə alıb. Hücum nəticəsində müəssisədə böyük yanğın baş verib və zavodun istehsal gücünün böyük hissəsi uzun müddət fəaliyyətsiz qalıb.

Mənbələrin sözlərinə görə, həmin vaxt atəşkəs tam qüvvəyə minmədiyi üçün ABŞ hücuma etiraz etməyib. Hətta Vaşinqtonun BƏƏ daxil olmaqla müharibədə iştirak etmək istəyən Körfəz ölkələrinin dəstəyini müsbət qarşıladığı iddia olunur.

Nəşr yazır ki, İranın cavab hücumlarından sonra BƏƏ Körfəz regionunda daha sərt mövqe nümayiş etdirib və müharibə dövründə ABŞ ilə hərbi əməkdaşlığını davam etdirib.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və BƏƏ Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verməyib. Ağ Ev isə BƏƏ-nin müharibədəki rolu barədə sualları cavabsız qoyub.

Xatırladaq ki, İran Milli Neft Emalı Şirkəti aprelin 8-də Lavan adasındakı neft emalı zavodunda baş verən partlayışın "düşmən hücumu" nəticəsində baş verdiyini açıqlamışdı. Hadisə zamanı zavodda yanğın qeydə alınsa da, əməkdaşların vaxtında təxliyəsi sayəsində ölən və yaralanan olmayıb.

Oxşar xəbərlər

BƏƏ-yə PUA hücumu olub, neft obyektində yanğın baş verib
Bu ərəb ölkəsi İrana gizlicə hücum edibmiş...
İran ABŞ-ni atəşkəsə mane olmaqda günahlandırdı
İranın hücumlarının qarşısı alındı - ABŞ
Hörmüzdə fransız gəmisinə hücum: yaralılar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər