Amerikalı xüsusi təyinatlılara süngü ilə döyüş qaydaları öyrədiləcək
sizinxeber.az xəbər saytı

Amerikalı xüsusi təyinatlılara süngü ilə döyüş qaydaları öyrədiləcək


ABŞ Silahlı Qüvvələrinin xüsusi təyinatlıları süngü döyüşünün aparılması üzrə modernləşdirilmiş hazırlıq kursu keçəcəklər.

"Report" xəbər verir ki, bu barədə "The National Interest" (TNI) ixtisaslaşmış nəşri yazıb.

Jurnal qeyd edib ki, Amerika ordusunun hərbi hissələrinin mütləq əksəriyyətində süngüdən istifadə olunan məşqlər əlbəyaxa döyüş məşğələləri ilə əvəz edilib, çünki süngü arxaik silah növü kimi nəzərdən keçirilməyə başlanıb. Nəşrin məlumatına görə, ABŞ ordusunun sonuncu irimiqyaslı süngü hücumu 1951-ci ildə Koreya müharibəsi zamanı qeydə alınıb.

Buna baxmayaraq, xüsusi təyinatlı bölmələri üçün attestasiya proqramına inteqrasiya edilmiş süngü tətbiqi ilə döyüşün aparılması üzrə yenilənmiş kurs hazırlanıb. Hərbi qulluqçular nahamar ərazidə səmti müəyyənləşdirməli, bir sıra maneələri dəf etməli və silikon hədəflərə süngü zərbələri endirməlidirlər.

"Belə bir hazırlığın mənası varmı? Mümkündür ki, bu, əsgərlərə "döyüşçü" düşüncə tərzini aşılamağa kömək edəcək. Bıçaqla zərbələr endirmək, yüzlərlə yard məsafədə yerləşən hədəfə atəş açmaqdan qat-qat daha intuitiv təcrübədir", - nəşr qeyd edib..

Oxşar xəbərlər

İşğaldan azad olunmuş torpaqlarda xeyli sayda silah-sursat aşkar olunub
Abşeronda 17 F-1 qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlanıb
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlanıb
Rusiya xüsusi təyinatlıları ABŞ-ın iki zirehli maşınını vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər