Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşmanı təsdiqləyib
sizinxeber.az xəbər saytı

Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşmanı təsdiqləyib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşma memorandumunu təsdiqləyib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə qərar "Resmi Gazete"də yayımlanıb.

Qərara əsasən, "Türkiyə Respublikası Ticarət Nazirliyi ilə Ukrayna Dövlət Gömrük Xidməti arasında Birgə Gömrük Şurasının yaradılması haqqında Anlaşma Memorandumu" təsdiqlənib.

Anlaşmada Birgə Gömrük Şurasının fəaliyyət sərhədləri müəyyənləşdirilib.

Qeyd edək ki, sözügedən memorandum 2022-ci ilin 3 fevral tarixində R.T. Ərdoğanın Kiyevə səfəri zamanı imzalanmışdı.

Oxşar xəbərlər

Azərbaycan və Pakistan arasında gömrük sahəsində Anlaşma Memorandumu təsdiqlənib
Türkiyə və Qırğızıstan arasında sadələşdirilmiş gömrük rejimi ilə bağlı protokol təsdiqlənib
Suriya və Türkiyə müştərək işgüzar şura yaradıb
Qazaxıstan TDT çərçivəsində sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişi təsdiqləyib
Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xidməti yaradılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər