Tahir Budaqov: COP29 Azərbaycan reallıqlarını dünyaya çatdırmaq üçün növbəti beynəlxalq platforma olacaq
COP29 Azərbaycan reallıqlarını dünyaya çatdırılması üçün növbəti beynəlxalq platforma olacaq.
"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ümumrespublika "Nə? Harada? Nə zaman?" intellektual oyununun final mərhələsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanmaqla bərabər, bəşəriyyəti düşündürən, xalqlar və dövlətlər üçün olduqca aktual çağırışlara da adekvat cavab verir.
"Yaşıl enerji" gündəliyi əsasında iqlim dəyişikliyinə qarşı qlobal mübarizə sahəsində ardıcıl fəaliyyətin həyata keçirilməsi də bu kontekstdə xüsusi qeyd edilməlidir. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar Azərbaycana beynəlxalq müstəvidə böyük etimadın olduğunu bir daha təsdiqləyir. Azərbaycan qlobal tədbirlərə ev sahibliyi ilə əlaqədar zəngin təcrübəyə malikdir. İndiyədək bu sahədə əldə olunan uğurlu nəticələr - imza atdığımız nailiyyətlər Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə də uğurla ev sahibliyi edəcəyini əminliklə söyləməyə əsas verir. Şübhəsiz, bir neçə gün sonra keçiriləcək COP29 iqlim dəyişmələrinə qarşı fəal mübarizə mövqeyi nümayiş etdirən ölkəmizin bu bəşəri əhəmiyyətli, qlobal xarakterli prosesə dəyərli töhfəsi olacaq, eyni zamanda Azərbaycan reallıqlarının dünyaya təqdimatı üçün növbəti mühüm platformaya çevriləcək", - YAP sədrinin müavini əlavə edib.
Oxşar xəbərlər
Prezident: COP29-un gələn il Azərbaycanda keçirilməsi bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB PA-nın koordinatoru: Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq standartlara uyğundur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyənin vitse-prezidenti YAP nümayəndə heyətini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-un ölkəmizdə keçirilməsi böyük siyasi hadisə olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: "COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə etimadın və hörmətin təzahürüdür" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












