COP29-la bağlı monitorinqlərin aparılması üçün Bakının bəzi küçələrində hərəkət istiqaməti dəyişdiriləcək
COP29 konfransına hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdiriləcək.
Bu barədə APA-ya COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin planı və marşrutuna uyğun simulyasiya edilərək icra olunacaq. COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılacaq monitorinqə COP29 avtomobil və avtobuslarla yanaşı həmçinin təcili tibbi yardım maşınları, eləcə də yanğınsöndürmə maşınları cəlb ediləcək. Qeyd edək ki, monitorinqlərin aparılması məqsədilə şəhərin bəzi küçələrində nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək, daha ətraflı məlumat yaxında açıqlanacaq.
Bundan əlavə, 26 və 27 oktyabr tarixlərində əhaliyə narahatçılıq yaratmamaq məqsədilə yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən paytaxtın küçə və prospektlərində COP29 məxsus avtobusların da monitorinqi baş tutacaq.
Oxşar xəbərlər
COP29-a hazırlıqla bağlı yollarda ambulans və yanğınsöndürmə maşınlarının monitorinqi aparılacaq
Bakıda COP29-la bağlı xüsusi avtomobillərin hərəkəti məhdudiyyət tətbiq edilmədən test olunur
Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gündüz monitorinqləri yekunlaşıb
Bakıda COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edilir
COP29-a hazırlıq məqsədi ilə paytaxtın bir sıra mərkəzi küçə və prospektində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













