COP29 müddətində şəhərin əsas küçə və prospektlərində əsaslı qadağaların qoyulması nəzərdə tutulmur - RƏSMİ
COP29-un keçirildiyi dövrdə şəhərin əsas küçə və prospektlərində əsaslı qadağaların qoyulması nəzərdə tutulmur.
"Report" xəbər verir ki, bunu COP29 Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu deyib.
Onun sözlərinə görə, noyabrın 11-12-13-də Liderlər Sammitinin keçiriləcəyi dövrdə müəyyən tənzimləmələr nəzərdə tutulur:
"Ölkəyə səfər edəcək dövlət və hökumət başçılarının gəlişi ilə əlaqədar hava limanından şəhərə, şəhərdən stadion istiqamətində müxtəlif tənzimlənmələrin aparılması nəzərdə tutulur. Bu tənzimləmələr aparılarkən çətinliklər və sıxlıqlar yarana bilər deyə, şəhərin nəqliyyat tənzimlənməsi planını yaratmışıq. Belə ki, dövlət və hökumət başçılarını daşıyan kortejlərin keçəcəyi yollarda insanlar alternativ yollardan istifadə etsin deyə, müəyyən alternativlər müəyyən olunub. Bu istiqamətlər hava limanından şəhərə, əksi və ya şəhərin digər istiqamətidir. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək".
O.Mahmudlu bildirib ki, həmin günlərdə nəqliyyatın tənzimlənəcəyi planlaşdırılan istiqamətlərə Neftçilər prospekti, Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti, Zərifə Əliyeva küçəsi və digər yollar daxildir.
Oxşar xəbərlər
COP29 zolaqlarından hansı nəqliyyat vasitələrinin istifadə edə biləcəyi açıqlanıb
Baş icraçı direktor: COP29 müddətində hər hansı məhdudiyyət, qadağa və SMS icazənin tətbiqi nəzərdə tutulmur
COP29 müddətində Bakı metrosunun hərəkət intervalında müəyyən dəyişikliklər olacaq
COP29 ərəfəsində hava limanına gedəcək vətəndaşlar alternativ yollardan istifadə etsinlər - BİRGƏ MÜRACİƏT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
